media-inshot_20250806_094105151

Kanadada baş verən yanğının səbəbi beynəlxalq ictimaiyyətin marağına səbəb olub. 

Patrulaz.az “Yahoo”ya istinadla xəbər verir ki, yanğınsöndürənlər alovu nəzarət altına almaq üçün 18 min litr sudan istifadə ediblər. Hadisə zamanı heç kim xəsarət almasa da, əraziyə ciddi maddi ziyan dəyib.

Ən maraqlısı isə odur ki, yanğının səbəbi məlum olduqdan sonra ərazidə çalışan yanğınsöndürənlər belə heyrətə gəliblər.

Araşdırma nəticəsində məlum olub ki, ov quşu olan osprey (balıqçıl qartal) yaxınlıqdakı çaydan tutduğu balığı uçuş zamanı buraxaraq quru otların üzərinə atıb. Günəş şüalarının təsiri ilə balıqdan çıxan yağ və istilik otların alışmasına səbəb olub.

Qeyd edək ki, ospreylər – keçəl qartallarla yanaşı, Britaniya Kolumbiyası boyunca göl, çay və sahil ərazilərində geniş yayılmış yırtıcı quşlardır. Onlar adətən hündür ağac və ya tikililərdə yuva qurur, əsasən balıqla qidalanırlar.

Hadisə ilə bağlı ətraflı araşdırma aparılır.

Gülbəniz Səfərova


Bənzər xəbərlər