media-inshot_20260424_212611343

Azərbaycan güləşçisi Jalə Əliyeva Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında bürünc medal qazanıb. 

Patrul.az xəbər verir ki, 57 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz bürünc medal uğrunda həlledici görüşə çıxıb.

Üçüncü yer uğrunda qarşılaşmada Jalə Əliyevanın rəqibi neytral statusla çıxış edən belaruslu idmançı Arina Demçanka olub. Görüş boyu üstünlüyü əldə saxlayan güləşçimiz rəqibini “tuş” fəndi ilə tam məğlub edərək fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.

Qeyd edək ki, Jalə Əliyeva bu uğura gedən yolda Almaniya və Finlandiya təmsilçilərini məğlub edib, yalnız yarımfinalda Türkiyə idmançısına uduzaraq bürünc medal şansını qazanmışdı.

Xatırladaq ki, Tirana şəhəri hazırda Avropanın ən güclü güləşçilərini bir araya gətirib və Azərbaycan millisi turnirdə bir neçə çəki dərəcəsində mükafatlar uğrunda mübarizəsini davam etdirir.


Bənzər xəbərlər