media-inshot_20251013_090645361

Çoxumuz səhər durub işə və ya dərsə tələsərkən nəsə yeməyə vaxt ayırmırıq. Günə acqarına başlamaq isə insanın həm enerjisinə, həm də əhvalına mənfi təsir göstərir. Halbuki, səhər yeməyi günün ən vacib qidasıdır. Lakin bu o demək deyil ki, səhərlər ağır, yağlı yeməklərlə mədəni yükləmək lazımdır.

Patrulaz.az səhərlər həm yüngül, həm də enerjiverici olan bir neçə qidanı təqdim edir:

Zülal mənbəyi olan yumurta

Yumurta həm uzunmüddətli toxluğun yaranmasına səbəb olur, həm də orqanizmi günə hazırlayır. Onun tərkibindəki zülal və D vitamini enerjini artırır. Qaynadılmış və ya az miqdarda yağda bişmiş yumurta səhər üçün ən ideal seçimlərdəndir.

Davamlı enerji üçün tam buğda çörəyi

Ağ çörək əvəzinə tam buğda və ya çovdar çörəyi yemək bədəni uzun müddət tox saxlayır. Tərkibindəki lif maddəsi mədə-bağırsaq sistemini tənzimləyir və qan şəkərini sabit saxlayır.

Təbii vitamin verən Meyvə və tərəvəzlər 

Səhərlər banan, alma, portağal kimi meyvələr orqanizmə təbii şəkər və C vitamini verir. Bu, həm beyin fəaliyyətini, həm də immuniteti gücləndirir. Qatığın və ya yulafın üzərinə doğranmış meyvə əlavə etmək həm dadlı, həm də sağlam seçimdir.

Günə sakit başlamaq üçün Yulaf 

Yulaf bədəndə enerji səviyyəsini tənzimləyən beta-qlükanla zəngindir. İsti yulaf sıyığına bir az bal, darçın və banan əlavə etsəniz, həm dadlı, həm də enerjiverici səhər yeməyi əldə etmiş olarsınız.

Yaşıl çay və ya limonlu su 

Səhər acqarına limonlu su içmək orqanizmi təmizləyir və maddələr mübadiləsini sürətləndirir. Yaşıl çay isə həm antioksidantla zəngindir, həm də qəhvəyə alternativ olaraq sizi ayıq saxlayır.

Səhər yeməyini keçmək gün ərzində halsızlıq, baş ağrısı və diqqət dağınıqlığına səbəb ola bilər. Günə bir stəkan su, bir yumurta, bir dilim çörək və bir az meyvə ilə başlamaq sizi həm fiziki, həm də zehni cəhətdən gücləndirəcək.


Bənzər xəbərlər