Günəşdə böyük partlayış baş verdi - NASADAN XƏBƏRDARLIQ
NASA Günəşdə baş verən güclü partlayışı lentə alıb.
Patrulaz.az “NTV”yə istinadla xəbər verir ki, partlayış nəticəsində 400.000 kilometr enində “od kanyonu” əmələ gəlib. Bu, təxminən 30 Yer ölçüsünə bərabər bir ərazini əhatə edir.
Plazmadan ibarət nəhəng qövs Günəşin şimal-şərq hissəsində formalaşıb. Parlayan plazma divarlarının diametri isə Yerin diametrindən də böyük – 20.000 kilometrdən çox olub.
Mütəxəssislərin sözlərinə görə, bu partlayışın Yerə birbaşa təsir etməsi gözlənilmir. Lakin Günəşin aktivliyinin artması gələcəkdə geomaqnit qasırğası riskini artırır. Belə hallar elektrik şəbəkələrinə, peyklərə və GPS sistemlərinə ciddi təsir göstərə bilər.
ABŞ-nin Kosmik Hava Mərkəzi yaxın günlərdə radio rabitədə fasilələrin yaşanma ehtimalını 60% olaraq qiymətləndirib.
NASA bildirib ki, partlayış Günəşin maqnit sahəsini o qədər güclü dəyişib ki, partlayış zonasında parlayan bir iz – “plazma xəndəyi” qalıb.
Xatırladaq ki, bu tip partlayışlar daha əvvəl də baş vermişdi. May ayında Belə ki, ABŞ-də qütb parıltıları müşahidə olunmuş, elektrik və peyk sistemlərinə dair xəbərdarlıqlar verilmişdi.






