media-inshot_20250731_235201685

Rusiyanın Sankt-Peterburq şəhərində Fontanka çayı sahilində yerləşən qranit divarın içində ilişib qalan pişiyin xilas olunması üçün aparılan əməliyyatlar artıq 4 gündür nəticəsiz qalır.

Patrulaz.az “Shot” teleqram kanalına əsasən xəbər verir ki, ağ-qara rəngli pişik suya düşdükdən sonra sahil divarındakı dəliklərdən birinə girərək 4 metr dərinlikdə daşların arasında gizlənib.

Hadisə yerinə cəlb olunan heyvansevər könüllülər bir neçə üsulla pişiyi çıxarmağa cəhd etsələr də, bu mümkün olmayıb. İlkin olaraq pişiyi ilmə ilə tutmaq istəsələr də, o, sürüşərək düşüb. Daha sonra dalğıclar vasitəsilə xilasedilmə cəhdi də uğursuz olub. Son olaraq qurulan xüsusi tələ isə turistik qayıqların yaratdığı güclü dalğalar səbəbindən effekt verməyib.

Qeyd edək ki, yaxın günlərdə su səviyyəsinin artacağı gözlənilir. Könüllülər isə xilasetmə əməliyyatlarını davam etdirirlər.

media-img_20250731_234914_992 media-img_20250731_234915_069 media-img_20250731_234915_065


Bənzər xəbərlər