media-inshot_20260326_131348923

Gürcüstanda qanunsuz miqrasiyaya qarşı keçirilən əməliyyatlar nəticəsində 41 əcnəbi saxlanılıb.

Patrul.az xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Reydlər Tbilisi və Batumi şəhərlərində, həmçinin əcnəbilərin işlədiyi restoranlarda, gözəllik salonlarında və geyim mağazalarında aparılıb.

Saxlanılanlar arasında Azərbaycan, Türkiyə, Türkmənistan, Rusiya, Əlcəzair, Çin, Özbəkistan, Yəmən, İordaniya və İraq vətəndaşları var. Məlum olub ki, bu şəxslər Gürcüstanın “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi statusu haqqında” qanununu pozaraq ölkədə qanuni əsas olmadan yaşayıblar.

Sözügedən əcnəbi vətəndaşlar Miqrasiya Departamentinin müvəqqəti yerləşdirmə mərkəzinə aparılıb və hazırda onların deportasiyası üçün prosedurlar icra olunur.

Qeyd edək ki, Gürcüstan hökuməti 2026-cı il ərzində ümumilikdə 3500–4000 qanunsuz miqrantın deportasiyasını nəzərdə tutur.

Gülbəniz Səfərova


Bənzər xəbərlər