media-inshot_20260126_170842210

Gürcüstanın Baş naziri İrakli Kobaxidze ABŞ-nin vitse-prezidenti C.D. Vensin Ermənistan və Azərbaycana planlaşdırılan səfərinə münasibət bildirib.

Patrul.az xəbər verir ki, İrakli Kobaxidze Vensin səfərinin TRIPP layihəsi ilə bağlı baş tutacağını və alıcıların Azərbaycan və Ermənistan olmasının məntiqli olduğunu vurğulasa da, Gürcüstan da Transqafqaz Nəqliyyat Dəhlizinin bir hissəsi olduğunu diqqətə çatdırıb.

Baş nazir bu çıxışı ilə Gürcüstanın ABŞ ilə strateji əməkdaşlığa hazır olduğunu bildirib:

“Qərar onlarındır (Amerika tərəfi ) . Təəssüf ki, Bayden administrasiyası tərəfindən yaradılan Gürcüstan-Amerika münasibətləri konteksti çətindir. Münasibətlərimizin bu fonda necə inkişaf edəcəyini görəcəyik. Səbirlə gözləyirik və ABŞ ilə strateji tərəfdaşlığa hazır olduğumuzu bəyan edirik”, – Kobaxidze bildirib.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp sosial media hesabında ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensin fevral ayında Azərbaycan və Ermənistana səfərinin gözlənildiyini bildirib.

Gülbəniz Səfərova


Bənzər xəbərlər