media-c349c45a-c8be-4f15-b412-8105e56c670d

Məşhur pop sənətçisi Hadisə həm səhnə performansları, həm də şəxsi həyatı ilə tez-tez gündəmdə qalmağa davam edir.

Patrulaz.az “SonDakika”ya istinadən xəbər verir ki, son olaraq Almaniyanın Ştutqart şəhərində səhnəyə çıxan Hadisə konsert zamanı bir pərəstişkarının tutduğu plakata laqeyd qala bilməyib.

Saçlarını yenidən sarı rəngə boyayan Hadisənin gözü tamaşaçılar arasında bir pərəstişkarının əlindəki plakata sataşıb. Plakatda “Ən böyük arzum Hadisəyə sarılmaqdır” sözləri yazılmışdı.

Bu səmimi arzunu cavabsız qoymayan Hadisə həmin gənc xanımı səhnəyə dəvət edib. Pərəstişkarının arzusunu reallaşdıran və bu anları sosial media hesabında paylaşan sənətçi izləyicilərindən böyük rəğbət qazanıb. Hadisənin bu jesti konsertin ən çox danışılan anlarından birinə çevrilib.

Ləman Sərraf

media-882fdbce-2c4c-4810-bde4-34e88660c0ce media-317cf5fe-6f21-4814-be0c-ddc525f3127a


Bənzər xəbərlər