media-inshot_20251223_080115467

“Hamı bu müharibədən bezib”.

Patrul.az UNN-ə istinadən xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərlə Rusiya-Ukrayna müharibəsi barədə danışarkən deyib.

O, ötən ay tərəflərin döyüş meydanında 27 min əsgər itirdiyini bildirsə də, müharibəyə son qoyulması üçün danışıqların normal şəkildə davam etdiyini də vurğulayıb.

Tramp çıxışı zamanı, həmçinin səkkiz müharibəni həll etdiyini, lakin Rusiya və Ukrayna ilə bağlı məsələnin hələ də həll olunmadığını bildirib.

“Putin və Zelenski arasında çoxlu nifrət var və ümid edirəm ki, bunu edə bilərik. Danışırıq, danışıqlar yaxşı gedir, amma bilirsiniz ki, mən səkkiz müharibəni başa vurmuşam. Hələ qərar vermədiyim yeganə müharibə Rusiya-Ukrayna müharibəsidir”, – deyə Tramp qeyd edib.

ABŞ prezidenti çıxışının sonunda müharibənin bütün tərəfləri yorduğunu və artıq hər kəsin bu qarşıdurmadan bezdiyini bildirib:

“Əsas məsələ budur ki, düşünürəm, hamı bu müharibədən bezib. Hamı bezib”, – deyə Amerika Prezidenti bildirib.

Tramp, həmçinin Milad bayramı ərəfəsində mümkün atəşkəsə nail olmaq üçün əlindən gələni etdiyini də əlavə edib.

Gülbəniz Səfərova


Bənzər xəbərlər