media-inshot_20260514_091809861

Dünyada hantavirusla bağlı narahatlıqların davam etdiyi bir vaxtda, daha bir virus epidemiyası “Noravirus” ortaya çıxıb.

Patrul.az xəbər verir ki, “norovirus” adlanan infeksiya Böyük Britaniyanın “Ambassador Cruise Line” şirkətinə məxsus “Ambition” kruiz gəmisində qeydə alınıb. Fransanın Bordo şəhərinə daxil olan, göyərtəsində 1187 sərnişin və 514 heyət üzvü olan gəmidə ümumilikdə 1701 nəfər karantinə alınıb.

Gəmidə 50 nəfərdə kəskin mədə-bağırsaq iltihabı simptomları müşahidə edilib, həmçinin 92 yaşlı britaniyalı bir sərnişin dünyasını dəyişib. Lakin Fransa səhiyyə rəsmiləri yaşlı sərnişinin ölümünün virusla əlaqəli olmadığını, qocalıq və ürək tutmasından (infarkt) qaynaqlandığını vurğulayıb.

Bordo Universitet Xəstəxanasında aparılan nəcis və qusma testlərindən sonra virusun məhz norovirus olduğu qətiləşib.

Paralel olaraq, ABŞ-nin “Princess Cruises” şirkətinə məxsus “Caribbean Princess” gəmisində də analoji norovirus epidemiyası qeydə alınıb. 28 apreldə Florida ştatından yola çıxaraq Karib dənizi xətti üzrə hərəkət edən bu gəmi 11 mayda Port Canaveral limanına qayıdıb.

Səyahət boyunca gəmidə ümumilikdə 145 sərnişin və 15 heyət üzvü (cəmi 160 nəfər) xəstələnib.

Xatırladaq ki, digər təhlükəli infeksiya olan hantavirus isə 2026-cı ilin aprel ayında Hollandiyaya məxsus “MV Hondius” elmi-tədqiqat gəmisində yayılmağa başlayıb. Argentinadan yola düşən gəmidə 3 nəfər virus səbəbilə dünyasını dəyişib. Bununla əlaqədar, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) nəzarəti altında gəmi may ayında təxliyə edilib və sərnişinlər 42 günlük karantinə alınıb.


Bənzər xəbərlər