media-inshot_20260513_091838243

“Gəmidə aşkarlanan və təxliyədən sonra yayılma riski yaranan hantavirus yeni bir qlobal pandemiyanın başlanğıcı deyil”.

Patrul.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus deyib.

Baş direktor Argentinada Niderland bayrağı altında üzən gəmidə aşkarlanan hantavirus infeksiyası ilə bağlı vəziyyəti qiymətləndirib.

Bildirib ki, hazırda 3-ü ölümlə nəticələnməklə 11 yoluxma faktı təsdiqlənib. Yoluxanların hamısı gəmi heyəti və sərnişinlərdir. Gəmidəki beş vətəndaşın sağlamlıq durumunun isə qənaətbəxş olduğu açıqlanıb.

Hantavirus nədir və necə yoluxur?

Hantavirus gəmiricilərdən (siçan, siçovul və s.) ötürülən təhlükəli xəstəlikdir. İnfeksiya gəmiricilərin qurumuş ifrazatları ilə çirklənmiş havanın tənəffüs edilməsi, həmçinin dişləmə və ya cızıqlar vasitəsilə yayılır. Xəstəlik özünü qızdırma, halsızlıq və əzələ ağrıları ilə büruzə verir. Ağırlaşma mərhələsində isə kəskin tənəffüs, böyrək çatışmazlığı və daxili qanaxmalara yol açır.


Bənzər xəbərlər