Hava limanında dəhşət: Özünü yandıran gənc son anda xilas edildi - VİDEO
Qazaxıstanın Almatı hava limanında dəhşətli hadisə baş verib.
Patrulaz.az “Orda.kz”a istinadən xəbər verir ki, gənc oğlan kassa yaxınlığında özünü od vurub. Daha sonra o alovlara bürünərək qışqırıqlarla ətrafa qaçmağa başlayıb.
Hadisə yerindən yayılan görüntülərdə polis əməkdaşları və hava limanının mühafizə xidməti soyuqqanlılıq göstərərək yanğını dərhal söndürdükləri əks olunub. Hadisə nəticəsində hava limanına təcili yardım çağırlıb.
Faktla bağlı cinayət işi açılıb.
Hadisə anının görüntülərini təqdim edirik:
Gülbəniz Səfərova






