Hava limanının toletində NATO sənədləri tapıldı
Stokholm Arlanda Beynəlxalq Hava Limanında NATO-ya aid olduğu ehtimal edilən sənədlər tapılıb.
Patrulaz.az “Minval Live”a istinadən xəbər verir ki, sənədlər İsveçin baş naziri Ulf Kristerssonun səfərindən sonra təmizlikçi tərəfindən hava limanının tualetində tapılıb.
Hadisə 2022-ci ilin noyabrında baş verib. Araşdırmalar zamanı müəyyən olub ki, qovluqdakı materiallar Türkiyə və İsveçin NATO-ya daxil olması ilə bağlı olub.
İsveçin təhlükəsizlik xidmətinin direktoru Fredrik Agemark bildirib ki, sənədlər məxfi məlumatlar deyil və buna görə də dəymiş ziyanı qiymətləndirmək üçün əsas yoxdur.
Qeyd edək ki, sənədlərin tapılması ictimaiyyət arasında müzakirələrə səbəb olub, lakin hökumət onların təhlükəsizlik baxımından risk yaratmadığını açıqlayıb.






