media-img-20250714-wa0033

Berlində həkim razılıq olmadan 15 palliativ xəstəyə ağır dozada dərman verərək onların ölümünə səbəb olmaqda ittiham edilir.

Patrulaz.az “Xarici KİV”ə istinadla xəbər verir ki, prokurorların sözlərinə görə, 40 yaşlı həkim 15 xəstəni qəsdən öldürməkdə ittiham olunur.

O, 2021–2024-cü illər arasında ağır xəstə şəxslərə anestezik və əzələ gevşədici dərmanların kombinasiyasını tətbiq edib və bu, onların tənəffüs yollarının iflici ilə nəticələnib. Qurbanların əksəriyyəti ev şəraitində və 25-94 yaş aralığında olub.

“Həkim bəzi hallarda dəlilləri ört-basdır etmək üçün evlərdə yanğın da törədib,” – deyə ittiham aktında qeyd olunur.

Qeyd edək ki, təqsirləndirilən şəxs hazırda həbsdədir, psixiatriya ekspertləri ilə danışmaqdan imtina edib və ona ömürlük həbs, tibbi qadağa və profilaktik nəzarət tələb olunur. Hüquq-mühafizə orqanları əlavə 400-dək şübhəli ölüm faktını araşdırır.


Bənzər xəbərlər