HƏMAS: Vasitəçilər İsraillə 2-ci mərhələ danışıqlarına başlamaq üçün təmasları davam etdirirlər
Həmas sözçüsü Hazim Kasım, vasitəçi ölkələrin Qəzzada atəşkəs razılaşmasının ikinci mərhələsi ilə əlaqədar danışıqlara başlamaq üçün Təl-Əviv rəhbərliyi ilə təmaslarını davam etdirdiyini bildirib.
Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, HƏMAS-ın sözçüsü Kasım, atəşkəs prosesi və İsrailin baş naziri Binyamin Netanyahunun qaçındığı atəşkəsin ikinci mərhələsi üçün aparılan danışıqlarla bağlı açıqlama verib. Misir, Qətər və ABŞ-ın vasitəçilik roluna işarə edən Kasım vasitəçilərin atəşkəs razılaşmasının qalan mərhələlərinin həyata keçirilməsini təmin etmək və işğalçı İsrailin razılaşmanın ikinci mərhələsi ilə bağlı danışıqlara başlamağa sadiq qalması üçün təmaslarını davam etdirdiklərini deyib.
Ağ Evin sözçüsü Karolin Leavitt ABŞ-ın Qəzzada amerikalı məhbusları xilas etmək üçün Həmas ilə birbaşa danışıqlar apardığı iddiasını təsdiqləyib.