media-inshot_20250703_230154057

Yaxın bir neçə il ərzində hər evdə insana bənzər, proqramlaşdırmaya ehtiyac duymayan robotların xidmə göstərəcəyi gözlənilir.

Patrulaz.az “NTV”yə istinadla xəbər verir ki, bu barədə “OpenAI”, “Impossible Foods” və “DoorDash” kimi texnoloji nəhənglərə sərmayə qoymuş, dünya şöhrətli amerikalı investor Vinod Xosla çıxışında bildirib.

70 yaşlı sahibkarın sözlərinə görə, süni intellektin robototexnikaya inteqrasiyası yaxın gələcəkdə ChatGPT anı yaşayacaq və bu da texnologiyanın yeni mərhələyə keçidi olacaq.

“Robototexnikada ChatGPT anı yaxınlaşır. Bunu 2-3 il içində görəcəyik”, – deyə Xosla bildirib.

Onun fikrincə, bu robotlar ilkin mərhələdə məhdud sahələrdə, xüsusilə də ev şəraitində, məsələn mətbəxdə yemək bişirmək, tərəvəz doğramaq, qab yumaq kimi funksiyaları yerinə yetirəcək. Robotların aylıq qiyməti 300-400 dollar civarında olacaq və bu, geniş istifadə üçün əlçatan bir texnologiyaya çevriləcək.

Xosla, eyni zamanda Çin istehsalı robotların texniki baxımdan təsir edici olduğunu vurğulasa da, onların çevik düşünmə və adaptasiya qabiliyyətinin zəif olduğunu bildirib:

“Çin robotları yaxşıdır, lakin ətraf mühit dəyişdikdə nə edəcəklərini bilmirlər. İnsan isə belə vəziyyətdə özbaşına qərar verə bilir”, – deyə o qeyd edib.


Bənzər xəbərlər