media-screenshot_20250714_170243_gallery

Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FSB) Sibirin Tümen şəhərində planlaşdırılan terror aktının qarşısını alıb.

Patrulaz.az “Xarici KİV”ə istinadla xəbər verir ki, əməliyyat zamanı hərbçinin avtomobilinin altına partlayıcı qurğu yerləşdirməyə çalışan şəxs saxlanılıb.

Saxlanılan şəxs FSB əməkdaşlarına silahlı müqavimət göstərib. Hadisə zamanı tərəflər arasında atışma baş verib. FSB əməkdaşlarının cavab atəşi ilə onu zərərsizləşdirilib.

Hadisə yerində aparılan axtarış zamanı onun üzərində partlayıcı qurğu da aşkarlanıb.

İddialara görə, həmin şəxs terror aktından sonra Ukraynaya getməyi planlaşdırırmış.

FSB əməliyyatla bağlı görüntüləri də yayıb. Kadrlarda təhlükəsizlik qüvvələrinin şübhəliyə atəş açdığı, onun isə tapança ilə müqavimət göstərməyə çalışdığı əks olunub.

Həmin görüntüləri təqdim edirik:


Bənzər xəbərlər