"Həyatımda özümü indiki qədər yaxşı hiss etməmişəm" - Tramp
“Həyatımda özümü indiki qədər yaxşı hiss etməmişəm”.
Patrulaz.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp səhhəti ilə bağlı yayılan şayiələrə reaksiya olaraq “Truth Social” hesabında paylaşım edib.
Tramp əlavə edib ki, onun administrasiyasının siyasəti sayəsində Kolumbiya dairəsi “cinayətdən azad zona”ya çevrilib.
Xatırladaq ki, avqustun 30-da sosial şəbəkələrdə Trampın iddia edilən ölümü ilə bağlı şayiələr yayılmışdı.
Bu şayiələr, ABŞ-nin vitse-prezidenti J.D. Vansın prezidentə “nəsə olarsa” ölkəyə rəhbərlik etməyə hazır olduğunu bildirməsinə verilən reaksiyalar sırasına düşüb.
Ağ Ev isə yayılan məlumatları təkzib edib və Prezident Trampın tam sağlam olduğunu açıqlayıb.






