Hindistanda sel fəlakəti: 37 nəfər həlak oldu
Hindistanda şiddətli yağışlar selə səbəb olub.
Patrulaz.az Yerli KİV-ə istinadla xəbər verir ki, Hindistanın Cammu və Kəşmir bölgəsində sel fəlakəti nəticəsində 37 nəfər ölüb, 100-dən çox insan yaralanıb.
Rəsmi məlumatlara görə, Kishtwar bölgəsində axtarış-xilasetmə işləri davam edir və bölgədə geniş ziyan qeydə alınıb.
Qeyd edək ki, Hindistanın Cammu-Kəşmir bölgəsində bulud partlamaları nəticəsində hər il yüzlərlə insanın həyatını itirməsi və böyük maddi ziyan meydana gəlməsi halları müşahidə olunur.






