media-inshot_20250822_132712241

Hindistan-Pakistan sərhədində göyərçin tutulub.

Patrulaz.az “SHOT” teleqram kanalına əsasən xəbər verir ki, quşun pəncəsinə bağlanan yazıda Cammu rayonundakı dəmiryol vağzalında partlayış törədiləcəyi ilə bağlı hədələr yer alıb.

Məlumata görə, qeyd həm urdu, həm də ingilis dillərində yazılıb. Bundan sonra bütün təhlükəsizlik xidmətləri yüksək hazırlıq vəziyyətinə keçiblər.

Məsələnin xuliqanlıq və yaxud  planlaşdırılmış terror aktı olması isə araşdırılmağa başlayıb.

Yerli sakinlərin sözlərinə görə, Pakistan tərəfi sərhəd boyunca tez-tez hava şarları göndərir. Lakin göyərçinlə belə mesaj ötürülməsi ilk dəfədir baş verir.

Hindistanın təhlükəsizlik mütəxəssisləri ehtimal edirlər ki, quş xüsusi təlim keçib və sərhəddən kənara buraxılıb.


Bənzər xəbərlər