media-inshot_20250718_120634064

İsrail ordusu iyulun 16-da Livanın cənubuna həyata keçirdiyi pilotsuz hava hücumu nəticəsində “Hizbullah” qruplaşmasının iki üzvünün öldürüldüyünü açıqlayıb.

Patrulaz.az “Azad İran” telegram kanalına əsasən xəbər verir ki, həlak olanlardan biri “Hizbullah”ın dəniz qüvvələrinə bağlı “Ər-Rizvan” birliyinin komandiri Həsən Əhməd Səbra olub. O, təşkilatın Livan sahillərindəki əməliyyatlarına rəhbərlik edən əsas fiqurlardan biri hesab edilirdi.

Hücumun pilotsuz uçuş aparatı vasitəsilə həyata keçirildiyi və əməliyyatın əvvəlcədən planlaşdırıldığı bildirilir. Hazırda “Hizbullah” tərəfi hadisə ilə bağlı rəsmi açıqlama yaymayıb.

Qeyd edək ki, son aylarda İsrail və “Hizbullah” arasında sərhəd bölgəsində qarşıdurmaların intensivləşdiyi müşahidə olunur.


Bənzər xəbərlər