media-inshot_20260423_101552181

ABŞ Hörmüz boğazında İran tərəfindən yerləşdirilən minaların olduğunu iddia edib.

Patrul.az xəbər verir ki, bu iddialar ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) yüksək vəzifəli rəsmilərinin Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsinə verdiyi məxfi brifinqdə səsləndirilib.

Bildirilib ki, İran hökuməti Hörmüz boğazı və ətrafında ən azı 20 mina yerləşdirib və boğazın minalardan tam təmizlənməsi 6 ay çəkə bilər. Onların sözlərinə görə, müharibə bitənə qədər belə bir işin həyata keçirilməsi ehtimalı isə azdır.

Qeyd olunub ki, bəzi minalar GPS texnologiyası vasitəsilə uzaqdan idarə olunur, digərləri isə kiçik sürətli qayıqlar vasitəsilə suya buraxılır.

Məlumata görə, bu üsullar minaların koordinatlarının dəqiq bilinməməsi və axıntılar səbəbindən yerlərinin dəyişməsi ilə ABŞ qüvvələrinin onları aşkar etməsini çətinləşdirir.

Böyük Britaniyanın hərbi dalğıcları da Hörmüz boğazında mina təmizləmə əməliyyatları aparmaq məqsədilə bölgəyə RFA Lyme Bay kimi mina ovlayan dronlarla təchiz edilmiş gəmilər və xüsusi hərbi dalğıc qrupları göndərəcəyini bildirib.

Bu barədə Britaniya Müdafiə Nazirliyi məlumat verib.

Qeyd edək ki, Hörmüz boğazı qlobal enerji təchizatında strateji əhəmiyyətə malikdir. Dünya neft ehtiyacının təxminən 20-25 faizi bu su yolundan keçir. Fars körfəzini açıq okeanla birləşdirən yeganə marşrut olan bu boğaz, həmçinin dünyanın ən böyük mayeləşdirilmiş təbii qaz ixracatçılarından biri olan Qətərin əsas enerji dəhlizidir.

Buna görə də bölgədə baş verən hər hansı gərginlik və ya nəqliyyatın məhdudlaşdırılması qlobal bazarlarda neft qiymətlərinin kəskin artmasına və inflyasiya riskinin yüksəlməsinə səbəb olur.

Gülbəniz Səfərova


Bənzər xəbərlər