media-inshot_20260330_131146257

Hindistan Hörmüz boğazında tankerlərini müşayiət etmək üçün hərbi gəmilər göndərib.

Patrul.az xəbər verir ki, yerli hakimiyyət orqanlarının məlumatına görə, Hindistan Hərbi Dəniz Qüvvələrinin müşayiəti ilə təxminən 100 min ton mayeləşdirilmiş təbii qaz (LNG) daşıyan iki qazdaşıyan gəmi marşrutu uğurla keçərək açıq okeana çıxıb. Bildirilir ki, Hörmüz boğazı hazırda İranla dost münasibətlərə malik olan Rusiya, Çin, Hindistan, İraq və Pakistan istisna olmaqla əksər ölkələr üçün qapalı olaraq qalır.

Bu arada, dünya bazarlarında “Brent” markalı neftin qiyməti bu gün bir barel üçün 115 dolları ötüb. Son bir ayda neftin qiyməti 60 faizdən çox artıb.

Enerji böhranı təhlükəsi idxaldan asılı ölkələri təcili tədbirlər görməyə vadar edir. Belə ki, Yaponiya altı illik fasilədən sonra kömür elektrik stansiyalarının fəaliyyətinə qoyulan məhdudiyyətləri aradan qaldırır. Avstraliya hökuməti isə benzinin qiymətindəki kəskin artımı kompensasiya etmək məqsədilə yanacağa tətbiq olunan vergini iki dəfə azaltdığını açıqlayıb.


Bənzər xəbərlər