Hüseyn Rusiyadan 100 milyon pul çıxarmaq istəyib…
Rusiyada 20 milyon rublun (419 420 manat) yuyulmasında ittiham olunan azərbaycanlı bloqer Hüseyn Həsənov, barəsində cinayət işi açılmamışdan əvvəl “Moskva-Siti”dəki mənzilini satmağa çalışıb.
Patrulaz.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə “Shot” teleqram kanalı məlumat yayıb.
Onun, həmçinin Rusiyadan 100 milyon rubl (2,1 milyon manat) pulu çıxarmağa cəhd etdiyi qeyd olunur.
Bildirilir ki, milyonlarla izləyicisi olan bloqer “Neva Towers”də 44-cü mərtəbədə gözəl panoraması olan dəbdəbəli mənzildə yaşayıb və videolarını orada çəkib. Rusiyanı tərk etməzdən əvvəl Moskvadakı əmlaklarından birini satıb və bir mənzilini isə ayda təxminən 750 min rubla (təxminən 16 min manat) icarəyə verib.






