İbrahim Tatlısəs vəsiyyətini açıqladı
İbrahim Tatlısəs jurnalistlərə verdiyi açıqlamada, həyatında iki nəfəri heç vaxt bağışlamayacağını bildirib.
Patrulaz.az “Haberglobal”a istinadən xəbər verir ki, Tatlısəs “Biri qadın, biri kişi olmaqla ömrümün sonuna qədər iki nəfəri bağışlamayacağam. Qəbrimə də gəlməsinlər. Gün gələr, ölər gedərəm, amma məni sevənlər onları görəndə qınasınlar. Onlara bağışlanma yoxdur, üzr istəsələr belə, yox! Yanımda olmalarını istəmirəm. Hətta yaşadıqları şəhərdən belə uzaqlaşdım, İzmirə köçdüm. Lazım olsa Bodrumdan da köçə bilərəm. Prokurorluqdan onlara yaxınlaşmama qərarı alacağam, 500 metrdən artıq mənə yaxınlaşa bilməsinlər”,- deyə bildirib.
Tatlısəs sözügedən qadın və kişinin kim olduğunu isə açıqlamayıb.