media-inshot_20250821_145927004

Rusiyada içkili oğlan hamilə arvadını qısqanclıq zəminində öldürdükdən sonra intihara cəhd edib.

Patrulaz.az “Ploxie novosti” teleqram kanalında yayılan məlumata əsasən xəbər verir ki, hadisə gənclərin spirtli içki qəbul edərək film izlədikləri axşam baş verib.

Aralarında yaranan mübahisə zamanı Daniil həyat yoldaşını boğub. Bundan sonra o, özünə gəldikdə nə etdiyini anlayaraq bıçaqla intihara cəhd edib.

Məlumata görə, 24 yaşlı Daniil ötən il tanış olduğu 19 yaşlı Veronika ilə avqustun əvvəlində ailə həyatı qurmuşdu. Onlar Baltik sahillərində kirayədə yaşayamağa başlamışdılar. Həyat yoldaşı Veronika isə 12 həftəlik hamilə imiş. O hadisədən cəmi bir gün əvvəl – avqustun 15-də 19 yaşını qeyd edib.

Bədbəxt hadisə nəticəsində sərhədçilər qan içində küçəyə çıxan oğlanı çay yaxınlığında saxlayıblar.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.

Gülbəniz Səfərova

media-img_20250821_143605_395 media-img_20250821_143605_137
media-img_20250821_143605_718


Bənzər xəbərlər