media-1750431187_img_20250620_185132

Qax Rayon İcra Hakimiyyətində Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilən əməliyyat nəticəsində bir neçə vəzifəli şəxslərin saxlanıldığı məlum olub.

Patrulaz.az“Modern.az”a istinadən xəbər verir ki, əməliyyat çərçivəsində Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev, onun birinci müavini Elbrus Tağıyev, İcra Hakimiyyəti başçının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəfa Heydərova, Qax Bələdiyyəsinin sədri Eyvaz Orucov və Kommunal Müəssisələri Kombinatının direktoru Eldəniz Şabanov da daxil olmaqla ümumilikdə 9 nəfər saxlanılıb.

Məlumata əsasən, saxlanılan şəxslər rüşvət alma, mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə səlahiyyətlərini aşma hallarında ittiham olunurlar.

Qeyd edək ki, saxlanılan Elbrus Tağıyev cəmi bir il əvvəl Qax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsinə təyin edilmişdi. O, bundan öncə sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri kimi fəaliyyət göstərib.


Bənzər xəbərlər