İctimai nəqliyyatdakı qiymət artımı taksilərə təsir göstərəcəkmi? - Ekspert AÇIQLADI
Bildiyimiz kimi, Azərbaycanda avtobus və metroda gediş haqqı 10 qəpik artırılıb. Maraqlı məqam isə budur ki, ictimai nəqliyyatda baş verən bu artım taksilərin qiymətlərinə də təsir göstərəcəkmi?
Bu barədə nəqliyyat eksperti Adil Nəbiyev Patrulaz.az-a açıqlamasında bildirib ki, ictimai nəqliyyatda qiymət artımı taksilərə təsirsiz qala bilməz:

“Əlbəttə ki, ictimai nəqliyyatda qiymət artımı mümkün deyil ki, taksilərdən yan keçsin. Çünki ən azından bugünkü gün manatlıq taksilər fəaliyyət göstərirlər. İstər-istəməz avtobuslar 10 qəpik artdığına görə, yəqin ki, manatlıq taksilər də 2 manat ola bilər”.
A. Nəbiyevin fikrincə, bu artımın təsiri elə də böyük olmayacaq. Onun sözlərinə görə, taksilərin əksəriyyəti yeni avtomobillərdir və qiymətlər hazırda normal hesab olunur:
“Mümkün deyil ki, tam təsirsiz olsun. Belə götürsək, taksilərin qiyməti hal-hazırda normal hesab olunur. Taksilərin əksəriyyəti yeni avtomobildir, qiymət hal-hazırda normal hesab olunur. Cüzi qiymət artımı da olsa, taksilərin orada qazancın az olmasına görə qaldırması ciddi dövrdə çox təsir göstərməyəcək. Çünki istəməyən də adamlar taksidən yox, ictimai nəqliyyatdan istifadə edəcəklər. Amma məbləğ artımında mütləq təsir göstərəcək”.
Nəticə olaraq, ictimai nəqliyyatda qiymət artımı taksilərə də təsir edəcək, lakin bu təsir böyük olmayacaq.
Cəmilə Cəfərzadə






