İDDİA: "Bolt" sürücüsü qadın sərnişini təhqir etdi
Redaksiyamıza daxil olan məlumatlara görə, vətəndaş “Bolt” tətbiqi vasitəsilə taksi sifarişi verib, lakin qısa müddət sonra planlarını dəyişdirdiyindən sifarişi ləğv edib.
Patrulaz.az-ın məlumatına görə, sifarişin ləğvindən sonra sürücünün sərnişinin şəxsi nömrəsinə mesaj göndərərək onu və ailə üzvlərini təhqir etdiyi iddia edilir.
Məsələ ilə bağlı aidiyyəti qurumların sürücü barəsində araşdırma aparacağı və qanunamüvafiq tədbirlər görəcəkləri gözlənilir.






