media-photo-output

09 iyul 2025-ci il tarixində Xətai rayonu, Mehdi Mehdizadə və Ayaz İsmayılov küçələrinin kəsişməsində ciddi yol-nəqliyyat hadisəsi baş verib.

Patrulaz.az-ın əlumatına görə, 99-TS-003 dövlət qeydiyyat nişanlı Range Rover markalı avtomobilin sürücüsü “Stop” nişanının tələbinə əməl etməyərək əsas yola çıxıb və 77-EF-981 dövlət qeydiyyat nişanlı Kia Rio markalı avtomobillə toqquşub.

Hadisənin ən diqqətçəkən tərəfi isə budur ki, Range Rover-in icbari sığortası olmayıb. Daha da təəssüf doğuran məqam isə həmin avtomobili idarə edən şəxsin tanınmış opera müğənnisi Turan Səfərli olmasıdır.

Qəza zamanı Kia Rio-nu idarə edən şəxs, müharibə iştirakçısı İbrahimli Ramil Ramiz oğlu olub. Ailəsini dolandırmaq üçün yeganə qazanc yeri məhz idarə etdiyi avtomobil olan qazinin maşını qəza nəticəsində ciddi zərər görüb.

Müğənni Turan Səfərli hadisədən sonra zərərçəkmişə avtomobili təmir etdirəcəyinə dair söz versə də, artıq bir aydan çoxdur ki, müxtəlif bəhanələrlə məsuliyyətdən boyun qaçırır. Nəticədə, qazinin ailəsini dolandırmaq imkanı əlindən alınıb, o isə çarəsiz vəziyyətə düşüb.

Bu hadisə həm qanunun aliliyinə, həm də ictimai ədalətə zərbədir. İcbari sığortasız avtomobil idarə edən şəxsin məsuliyyətsizliyi, üstəlik, müharibə iştirakçısına verdiyi sözü yerinə yetirməməsi qəbulolunmaz haldır.

Günay Salayeva


Bənzər xəbərlər