media-img-20251008-wa0090

Şəki Rayon Mərkəzi Xəstəxanasının laqeydliyi səbəbindən 8 aylıq körpənin ölümü ilə bağlı iddia yayılıb.

Patrulaz.az xəbər verir ki, sosial şəbəkədə öz başına gələnləri bölüşən Şəki rayon sakini Məmmədov Mahir bildirib ki, 8 aylıq hamilə gəlninin sancısı başlayanda təcili tibbi yardıma zəng ediblər. Lakin cavab olaraq iki təcili yardım maşınının da məşğul olduğu və bu səbəblə hamilə qadının özünün xəstəxanaya gəlməli olduğu bildirilib.

M. Məmmədov bundan sonra gəlnini özü xəstəxanaya çatdırsa da, 8 aylıq körpə tələf olub.

Məmmədov həmçinin sözügedən xəstəxananın həkimi Məcid doktorun də zənglərinə cavab verməyərək, məsələyə laqeyd yanaşmasından şikayətlənib:

“Məcid həkimə də yığmışam. Onun iki nömrəsinə də zəng çatmır. Xəstəxanaya çatanda da zəng etdim ki, çatırıq, tədbir görsünlər”.

25 il jurnalist kimi dövlətin xidmətində çalışdığını bildirən Şəkinin Kiçik Dəhnə kənd sakini Məmmədov Mahir 8 aylıq nəvəsinin ölümündə Şəki Rayon Mərkəzi Xəstəxanasının Doğuş Şöbəsi əməkdaşlarını günahkar hesab edir.

Baş vermiş hadisədən də görünür ki, bir zəngə vaxtında və məsuliyyətli şəkildə cavab vermək insanın həyatını xilas edə bilər. Amma bu dəfə səhlənkarlıq, məsuliyyətsizlik və laqeydlik 8 ay gözləri yolda qalan ailənin ümidlərini puç etdi. Hippokrat andı içmiş həkimlərin, vətəndaşların həyatını qorumaq əvəzinə soyuqqanlı və laqeyd davranması qəbuledilməzdir.

Gülbəniz Səfərova


Bənzər xəbərlər