İDDİA! Yenə bir dələduzluq faktı daha
“TikTok” sosial şəbəkəsində bir nəfər şəxs müxtəlif adlarla səhifələr açır, digər orijinal məhsullar satan səhifələrdən kadrlar götürüb öz səhifəsində dəyərindən qat-qat aşağı qiymət yazaraq paylaşır.
Patrulaz.az-ın qaynar xəttinə daxil olan məlumata görə, ucuz qiymətlərlə müştəri cəlb edən həmin şəxs, müştərilərdən “beh” adı ilə ilkin ödəniş aldıqdan sonra alıcını bloka ataraq, pulu mənimsəyir. Hər dəfə səhifənin ünvanını və adını dəyişən fırıldaqçının kimliyi məlum olmasa da mobil nömrə eyni olaraq qalır.