İfrat sağçı Ben-Qvirin partiyası İsraildə hökumətə qayıdır
İsrailin baş naziri Binyamin Netanyahunun Likud Partiyası ilə İtamar Ben-Qvirin Yəhudi Gücü Partiyasının birgə bəyanatında razılığın əldə edildiyi açıqlanıb.
Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, açıqlamada Yəhudi Güc Partiyasının İsrail hökumətinə qaytarılması ilə bağlı danışıqlarda razılığın əldə edildiyi və partiyanın istefa vermiş nazirlərinin bu gündən yenidən vəzifələrinə başlayacaqları bildirilib.
İsrail dövlət televiziyası bildirib ki, Ben-Qvir Milli Təhlükəsizlik Nazirliyində, Yitzhak Vasserlauf Negev və Galilee İnkişaf Nazirliyində, Amichai Eliyahu İrs Nazirliyində, deputatlar Limor Son Har-Melech, Zvika Fogel və Yitzhak Kreuzer isə müxtəlif komitələrdə vəzifələrinə qayıdacaqlar.
Qeyd olunub ki, Ben-Qvirin istefasından sonra müvəqqəti olaraq Milli Təhlükəsizlik Nazirliyinə təyin olunan turizm naziri Haim Katz yenidən turizm naziri postuna oturacaq.