İki kasklı oğru 3 dəqiqəyə bir sərvət oğurladı - VİDEO
Türkiyənin Hatay ərazisində qısa müddət ərzində silahlı soyğunçuluq hadisəsi baş verib.
Patrul.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Hatayda fəaliyyət göstərən zərgərlik mağazasında qeydə alınıb.
Belə ki, dəbilqə geyinmiş iki silahlı şəxs suriyalı iş adamına məxsus zərgərlik dükanına daxil olaraq cəmi 2–3 dəqiqə ərzində 26 milyon türk lirəsi dəyərində, təxminən 4 kiloqram qızıl oğurlayıb.
Təhlükəsizlik kameralarından əldə olunan görüntülərə əsasən, soyğunçuluğa gedən şəxslərin istifadə etdikləri nəqliyyat vasitəsi yolda xarab olsa da, onlar başqa bir avtomobillə hadisə yerinə çatmağa çalışıblar.
Hadisə ilə bağlı rayon polis idarəsi tərəfindən 10 saatlıq müşahidə kameraları, yol hərəkəti monitorinqi və iş yerinə aid görüntülər araşdırıldıqdan sonra 5 şübhəli saxlanılıb. Onlardan 4-ü barəsində həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar zamanı cinayətkarların daha əvvəl də müxtəlif cinayətlər törətdikləri məlum olub.
Həmçinin hadisədə istifadə olunan silahlar, saxta nömrə nişanlı iki nəqliyyat vasitəsi və dörd fərqli yerdə basdırılmış qızıllar aşkarlanaraq götürülüb.
Sözügedən oğurluğun baş verən görüntülərini təqdim edirik:
Gülbəniz Səfərova






