media-inshot_20251216_122637994

İtaliyanın Baş naziri Ciorcia Meloninin Romada Mozambikin Prezidenti Daniel Çapo ilə rəsmi görüşü gözlənilməz detal səbəbilə gündəmin əsas mövzularından birinə çevrilib.

Patrul.az görüş zamanı çəkilən fotoşəkillərə əsasən xəbər verir ki, iki liderin eyni kadrlarda yanaşı görüntülənməsi aralarındakı kəskin boy fərqi səbəbindən sosial şəbəkələrdə qısa zamanda trend olub.

Boyu 2,04 metr olan 48 yaşlı Daniel Çapo ilə 1,58 metr boyunda olan Ciorcia Meloninin yanaşı dayandığı anlarda Baş nazirin təəccüb dolu baxışları diqqətdən qaçmayıb. Məhz bu görüntülər görüşün rəsmi məzmunundan daha çox vizual tərəfinin müzakirə olunmasına səbəb olub.

İki lideri eyni kadrda əks etdirməyə çalışan fotoqraflar isə çətin anlar yaşayıb. Bəzi jurnalistlər ideal bucaq əldə etmək üçün əyilərək, digərləri isə yerə uzanaraq şəkil çəkməyə məcbur qalıb.

Qeyd edək ki, basketbol həvəskarı kimi tanınan Daniel Çapo əvvəllər boyuna görə müxtəlif ölkə liderləri ilə çəkilən fotolarla gündəmə gəlib. Bu səbəbdən Romadakı görüş siyasi mesajlardan əlavə, vizual baxımdan da yadda qalan və ən çox müzakirə edilən görüşlərdən biri kimi tarixə düşüb.

media-meloni-ve-mozambik-cumhurbaskani-nin-boy-farki-19361121_3901_m media-meloni-ve-mozambik-cumhurbaskani-nin-boy-farki-19361121_8869_m media-meloni-ve-mozambik-cumhurbaskani-nin-boy-farki-19361121_3058_m media-inshot_20251216_122637994


Bənzər xəbərlər