media-inshot_20260225_145445274

“İkinci hissədən o qədər də məmnun deyiləm”.

Patrul.az xəbər verir ki, bunu UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində keçirilən “Nyukasl”- “Qarabağ”ın cavab matçında 5-ci dəqiqədə ilk qolu vuran rəqib komandanın futbolçusu Sandro Tonali deyib.

Jurnalistlərin suallarını cavablandıran Tonali matçın ilk hissəsinin komandası üçün uğurlu keçdiyini vurğulayıb:

“İlk 10 dəqiqə çox əla oyun idi. Birinci hissə ümumilikdə bizim üçün yaxşı keçdi”.

Tonali həmçinin ikinci hissədə “sağsağanlar”ın qol buraxmasından narazılıqla danışıb:

“İkinci hissədən o qədər də məmnun deyiləm. Biz əsasən nəticə ilə oynadıq. Doqquz qol vurduq, amma daha çox şey etməli idik. Çünki bu azarkeşlər hər oyunda 90 dəqiqə ərzində 100 faiz mübarizə aparmağımıza layiqdirlər”.

Futbolçu müdafiədə yol verilən səhvlərə də toxunub:

“İlk növbədə məqsədimiz qol buraxmamaq idi. Amma ikinci hissənin ilk 10 dəqiqəsində qol buraxdıq və bu, çox axmaq bir qol idi”, – deyə o, əlavə edib.

Xatırladaq ki, bu gün gecə saatlarında İngiltərədə keçirilən “Nyukasl” – “Qarabağ” qarşılaşması rəqibin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Ümumilikdə “Qarabağ”a 9 qol vuran “Sağsağanlar” 1/8 final mərhələsinə yüksəlib. “Köhlən atlar”ın isə Çempionlar Liqasındakı mübarizəsi başa çatıb.

Gülbəniz Səfərova


Bənzər xəbərlər