İlham Əliyev Neçirvan Bərzani ilə görüşüb - FOTO
Azərbaycan Prezidenti İlham Əliyev fevralın 13-də Münxendə İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani ilə görüşüb.
Patrul.az xəbər verir ki, söhbət zamanı Neçirvan Bərzaninin Azərbaycana əvvəlki səfərləri və dövlətimizin başçısı ilə keçirdiyi görüşlər məmnunluqla xatırlanıb. Bildirilib ki, bu təmaslar əməkdaşlığın perspektivlərinin müzakirəsi baxımından əlverişli zəmin yaradıb.
Görüşdə iqtisadi, ticarət, mədəni və humanitar sahələrdə əlaqələrin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr keçirilib.
Dövlətimizin başçısı Neçirvan Bərzanini Azərbaycana səfərə dəvət edib. İraq Kürdüstan Regionunun başçısı dəvəti məmnunluqla qəbul edib.







