İlham Əliyev Serbiyaya səfəri ilə bağlı video paylaşdı
Azərbaycan Prezidenti İlham Əliyev sosial media hesablarında Serbiya Respublikasına rəsmi səfərinə dair videoçarx paylaşıb.
Patrul.az xəbər verir ki, yayımlanan videoda dövlət başçısının birinci xanım Mehriban Əliyeva ilə birlikdə Serbiya Prezidenti Aleksandar Vucuc tərəfindən fəxri qarovul dəstəsi ilə qarşılanması, Belqrad şəhərində yerləşən Taşmaydan parkında Ümummilli Lider Heydər Əliyevin abidəsinin ziyarət edilməsi və önünə əklil qoyulması, həmçinin səfər çərçivəsində keçirilən görüşlərdən görüntülər əks olunub.






