media-7e14ecb7-1c90-3fc8-b982-4d23dbf653b4_850

Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında Əbu-Dabidə başlanan görüş  yekunlaşıb.

Patrulaz.az xəbər verir ki, 5 saat davam edən görüş çox konstruktiv və qarşılıqlı anlaşma mühitində keçib.

Tərəflər sülh gündəliyinin əsas istiqamətləri – Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası, Zəngəzur dəhlizinin açılması, sülh müqaviləsinin paraflanması və digər mühüm məsələlər ətrafında substansiv və ciddi müzakirələr aparıblar.

Bildirilib ki, bu təmasların davam etdirilməsi barədə razılıq əldə olunub. Danışıqlar həm işçi qrupları səviyyəsində, həm də yüksək səviyyəli formatlarda davam etdiriləcək.


Bənzər xəbərlər