media-inshot_20251217_094436339

Fransa millisinin və Paris Sen-Jermen (PSJ) hücumçusu Usman Dembele FİFA tərəfindən “İlin Ən Yaxşı Oyunçusu” mükafatına layiq görülüb.

Patrul.az “Transfermarkt” nəşrinə əsasən xəbər verir ki, 28 yaşlı futbolçu bu mükafatı 2025-ci ilin dekabrında Dohada keçirilən FİFA qala mərasimində alıb.

Dembele bu mükafata əsasən “PSJ”nin tarixində ilk UEFA Çempionlar Liqası tituluna aparan möhtəşəm çıxışı ilə nail olub və keçən mövsüm bütün yarışlarda 35 qol vuraraq klubun lider bombardiri olub.

Bu nailiyyətlə Dembele həm həmyaşıdı Kilian Mbappe (“Real Madrid”), həm də Lamine Yamal (“Barselona”) kimi güclü namizədləri üstələyib.

Xatırladaq ki, Dembele bu ilin sentyabr ayında prestijli “Qızıl Top” (Ballon d’Or) mükafatını da qazanıb.

Usman Dembelenin karyerasına qısa baxış:

• Dembele “Barça”da çıxış edərkən təxminən 40 qol vurub.

• “PSJ” dəki çıxışında isə o daha çox məhsuldarlıq nümayiş etdirərək 35 qol və 16 assistlə yadda qalıb.

media-luis-enrique-ousmane-dembele-psg-2025-1765906577-185377

Gülbəniz Səfərova


Bənzər xəbərlər