media-1770375892_epsteyn

Adı uşaq istismarında hallanan və həbsxanada müəmmalı şəkildə ölən amerikalı milyarder Ceffri Epşteynin intihar məktubu illər sonra ictimaiyyətə təqdim olunub.

Patrul.az xəbər verir ki, Nyu-York Federal Məhkəməsi 2019-cu ildə vəfat edən Epşteynə məxsus olduğu iddia edilən qeydin üzərindəki məxfiliyi ləğv edib.

6 may 2026-cı il tarixində ictimaiyyətə açıqlanan sarı rəngli kağız üzərində qələmlə yazılmış məktubda Epşteynin istintaqdan narazılığı və həyatına son qoymaq qərarı aydın şəkildə görünür.

Məktubun mətnində deyilir:

“Məni aylarla araşdırdılar – Heç nə tapmadılar!!! Vidalaşmaq üçün vaxtı seçə bilmək bir imtiyazdır. Əyləncəli deyil – buna dəyməz!”.

Məlumat üçün bildirək ki, məktub Epşteynin hücrə yoldaşı olmuş keçmiş polis məmuru Nikolas Tartalyone tərəfindən 23 iyul 2019-cu ildə – Epşteyn hücrədə huşsuz vəziyyətdə tapıldıqdan sonra aşkar edilib. Tartalyone hücrəyə qayıtdıqda, oxumaq üçün öz kitabını (qrafik romanı) açarkən sarı kağız üzərində yazılmış bu qeydin kitabın içində gizlədildiyini görüb.

Sözügedən məktub təxminən 7 il ərzində Tartalyonenin cinayət işi çərçivəsində məhkəmə arxivində məxfi olaraq saxlanılıb. Sənəd üzərindəki məxfilik yalnız 6 may 2026-cı ildə federal hakim tərəfindən qaldırılıb və ilk dəfə ictimaiyyətə təqdim olunub.

Xatırladaq ki, azyaşlı qızların cinsi istismarında ittiham olunan Ceffri Epşteyn 2019-cu ilin avqustunda Nyu-Yorkun ciddi mühafizə olunan həbsxanalarından birində ölü tapılıb. Rəsmi rəydə onun intihar etdiyi bildirilib.

media-img_20260507_123608_325 media-img_20260507_123608_742

Gülbəniz Səfərova


Bənzər xəbərlər