İlon Maskın “Starship” raketi sınaq zamanı partladı - VİDEO
İlon Maskın rəhbəri olduğu SpaceX şirkətinin “Starship 36” raketi Texasda sınaq zamanı partlayıb.
Patrulaz.az “The Guardian”a istinadən xəbər verir ki, hadisə 19 iyun gecəsi Starbase buraxılış kompleksində statik yanğın testi zamanı qeydə alınıb.
Raketin gücləndiricisi buraxılış öncəsi yerə bərkidilmiş halda “fəlakətli anomaliya” nəticəsində alışaraq partlayıb.
Partlayışdan sonra “SpaceX” bildirib ki, bütün personal təhlükəsizdir və ərazi nəzarətdə saxlanılır.
Xatırladaq ki, bu, Marsa insan göndərmək planları ilə bağlı “Starship” layihəsində dördüncü uğursuzluqdur.
Partlayışdan əvvəl “Starship 36” raketindən əvvəlcə tüstü çıxdığı, saniyələr sonra isə alovlara büründüyü əks olunub.
Qeyd edək ki, “Starship” dünyanın ən güclü və tam təkrar istifadə oluna bilən raket sistemidir.
Həmin görüntüləri təqdim edirik:

Gülbəniz Səfərova






