"İmkanım olsa idi, Putini qaçırardım" - Böyük Britaniyanın müdafiə naziri
“O, dayandırılmalıdır”.
Patrul.az “Kiyev İndependent”ə istinadən xəbər verir ki, bu fikri Böyük Britaniyanın müdafiə naziri Con Hili Ukraynada səfərdə olarkən Rusiya Prezidenti Vladimir Putin barəsində danışarkən deyib.
Con Hili bildirib ki, əgər bacarsaydı, Rusiya diktatoru Vladimir Putini qaçırıb həbs etmək istəyərdi.
“Putini həbs etmək və müharibə cinayətlərinə görə məsuliyyətə cəlb etmək istəyirəm”.
O bunu Kiyevə səfəri və müharibədə əziyyət çəkən Ukrayna xalqı barədə danışarkən zamanı deyib.
Səfəri çərçivəsində, həmçinin Darnitski rayonundakı çoxmərtəbəli binaya rusların hücum etdiyi yeri də ziyarət edib.
“Bu bina sizə Prezident Putin və onun təkcə Ukraynaya qarşı müharibə aparmaq deyil, həm də qışın ortasında insanların tamamilə asılı olduğu mülki əhaliyə, şəhərlərə və infrastruktura zərbə vurmaq əzmi haqqında bilmək lazım olan hər şeyi deyiir”, – deyə Hili bildirib.






