İndoneziyada qızılca epidemiyası 17 nəfərin həyatına son qoyub
İndoneziyanın Şərqi Yava əyalətinin Sumenep bölgəsində qızılca epidemiyası sürətlə yayılmağa davam edir.
Patrulaz.az Xarici KİV-ə istinadən xəbər verir ki, epidemiya nəticəsində əksəriyyəti uşaq olmaqla 17 nəfər ölüb.
Məlumata görə, bu dəhşətli xəstəliyin qarşısını almaq üçün bölgədə genişmiqyaslı peyvənd kampaniyasına başlanılıb.
Səlahiyyətlilər, sentyabrın 14-dək davam edəcək kampaniya çərçivəsində Sumenepdə uşaqların 95 faizini peyvənd etməyi hədəflədiklərini bildiriblər.
Dünya Səhiyyə Təşkilatı (ÜST) epidemiyanın qarşısını almaq üçün peyvənd nisbətinin 95 faiz olması vacib olduğunu vurğulayıb.






