media-inshot_20250828_224207654

İndoneziyada turistlərlə qəbilə üzvləri arasında təhlükəli anlar yaşanıb.

Patrulaz.az xarici KİV-ə istinadla xəbər verir ki, İndoneziyanın Papau şəhərində Youtuber Dara Tah və bir qrup turist xarici aləmdən təcrid olunmuş qəbilə üzvləri ilə qarşılaşıb.

Məlumata görə, blogerin qəbilə üzvlərinə yaxınlaşması onların qorxmasına səbəb olub. Hadisə zamanı qəbilə üzvləri blogeri nizə ilə hədəfə almağa başlayıblar.

Bu zaman qorxuya düşən Dara Tah əlindəki duz paketini onlara göstərərək vəziyyəti sakitləşdirməyə çalışıb. Lakin qəbilə üzvlərindən biri duzun dadına baxdıqdan sonra daha da əsəbiləşib.

Hadisənin lentə alındığı görüntülərdə blogerin qəbilə üzvlərini “adamyeyənlər” adlandırması isə sosial şəbəkələrdə narazılığa səbəb olub. İstifadəçilər həmin insanların “adamyeyən” deyil, sadəcə yad adamlardan ehtiyat etdiklərini bildirərək onların rahat buraxılmasını tələb ediblər.

Məlumata görə, gərgin anlardan sonra tustistlər heç kimə zərər gəlmədən geri qayıdıblar.

Qeyd edək ki, Papauda 250-dən çox qəbilə yaşayır və onların əksəriyyəti yad insanlara qarşı ehtiyatlı davranır.

media-dis-dunya-ile-baglantisi-olmayan-kabileye-18990269_9262_mmedia-dis-dunya-ile-baglantisi-olmayan-kabileye-18990269_3855_m


Bənzər xəbərlər