media-inshot_20250813_133647511

İngiltərə F-35 döyüş təyyarəsi doqquz günlük təlim çərçivəsində ilk dəfə Yaponiya gəmisinə eniş edib.

Patrulaz.az Xarici KİV-ə istinadən xəbər verir ki, təlimlərdə Böyük Britaniyanın aviadaşıyıcısının zərbə qrupu, Yaponiya JS Kaga döyüş qrupu, ABŞ USS George Washington aviadaşıyıcısının zərbə qrupu və ABŞ Dəniz Piyadaları Korpusunun Amfibiya Təlim Qrupu iştirak edib.

Manevrlər çərçivəsində sualtı qayıqlara qarşı döyüş, əlaqələndirilmiş hava hücumundan müdafiə və dənizdə yanacaq doldurma əməliyyatları həyata keçirilib.

Qeyd edək ki, bu təlimlər beynəlxalq əməkdaşlıq və hərbi qabiliyyətlərin artırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Gülbəniz Səfərova


Bənzər xəbərlər