media-inshot_20260127_123641868

Xəbər verdiyimiz kimi, “Qarabağ” UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunda doğma meydanda Almaniyanın “Ayntraxt” klubunu 3:3 hesabı ilə məğlub edib.

Patrul.az xəbər verir ki, qələbənin sevincini yaşayan “Qarabağ” futbolçuları arasında Elvin Cəfərquliyevin davranışı xüsusi diqqət çəkib. Belə ki, qalibiyyət günü futbolçu aparıcının əlindən mikrofonu alaraq ölkəmizdə trendə çevrilən məşhur “Başuvaa” sözünü işlədib və bu anlar sosial şəbəkələrdə maraqla qarşılanıb.

Yanvarın 26-da UEFA Çempionlar Liqasının Liqa mərhələsində “Liverpul”la qarşılaşmaq üçün İngiltərəyə yollanan “Köhlən atlar”ı həmyerlilərimiz böyük sevinclə qarşılayıblar. Qarşılanma zamanı azarkeşlər arasında balaca bir fanat da diqqət çəkib. O, əvvəlcə baş məşqçi Qurban Qurbanovu öpərək onunla şəkil çəkdirib, daha sonra isə Elvin Cəfərquliyevlə qarşılaşıb.

Həmin an balaca azarkeş Elvinə “Ayntraxt” oyunundan sonra yenidən məşhurlaşan “Başuvaa” ifadəsi ilə səslənib və bu da səmimi anların yaşanmasına səbəb olub.

Qeyd edək ki, “Qarabağ” – “Liverpul” oyunu yanvarın 29-da, Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Məlumat üçün bildirək ki, 3 qələbə və 3 məğlubiyyətlə ümumilikdə 10 xala malik olan “Qarabağ” hazırda Çempionlar Liqasının turnir cədvəlində 18-ci pillədə qərarlaşıb.

Son vaxtlar Azərbaycanda “başuva” ifadəsi xeyli məşhurlaşıb. Əslində, bu meme Şirvan şəhərində dönər satan Şahin adlı ustanın müştərilərinə “Başına dönərəm” deyərək çəkdiyi videolardan sonra geniş yayılmağa başlayıb.

Səmimi və yumor dolu üslubda paylaşılan həmin videolar qısa zamanda sosial şəbəkələrdə maraqla qarşılanıb və “başuva” ifadəsi trendə çevrilərək gündəlik danışıqda tez-tez işlədilməyə başlanıb.

Gülbəniz Səfərova


Bənzər xəbərlər