media-inshot_20250630_164947728

İngiltərəli baxıcı Mark Ceyms Səudiyyə Ərəbistanından olan şahzadə Fəhd bin Sultan əl-Suda qarşı Fransada açdığı əməkhaqqı davasını udsa da, bu günə qədər bir qəpik də ala bilmədiyini bildirir.

Patrulaz.az xarici mətbuata istinadən xəbər verir ki, 45 yaşlı Ceymsin Paris məhkəməsində şahzadəyə qarşı qaldırdığı işin nəticəsində ona 200.000 avro  ödənməli olduğu qərara alınıb. Lakin Ceyms deyir ki, o vaxta qədər bu məbləğdən heç nə əldə etməyib.

74 yaşlı şahzadə Fəhd bin Sultan əl-Suud 1962–2011-ci illər arasında Səudiyyə Ərəbistanının müdafiə naziri vəzifəsində çalışıb və hazırda Tabuk bölgəsinin valisidir.

Mark Ceyms Parisin ən elit məhəllələrindən biri olan 8-ci bölgədə şahzadəyə məxsus üçmərtəbəli lüks malikanəyə nəzarət edirdi. O bildirib ki, burada yaşadığı müddətdə isti su olmayıb, lift işləməyib və hovuz nasosundakı nasazlığa görə istifadəyə yararsız olub. Bu problemlərin əsas səbəbi qaz ödənişlərinin edilməməsi olub.

Aprel ayında məhkəmə şahzadəyə məxsus olan “Sofici” adlı şirkətin Ceymsə əməkhaqqını və kompensasiyasını ödəməsinə qərar verib. Həmçinin şirkət ilk 70.000 avroluq ödənişi etməzsə, hər gün üçün 1.000 avro cərimə ödəməli olacaq.

Buna baxmayaraq, Ceyms hələ də bu məbləğin ödənilmədiyini və prosesin çıxılmaz vəziyyətdə olduğunu bildirir.

Ləman Sərraf


Bənzər xəbərlər