media-1ca2c581-7049-4a36-aa3b-727f473c2ec4

Sosial şəbəkələrdə açıq şəkildə fahişəliyin təşviqi və qadınların əmtəə kimi təqdim edilməsi halları geniş yer almağa başlayıb.

Patrulaz.az-ın məlumatına görə, bir çox səhifələr və qruplar qadınların yaşı, boyu, çəkisi və hətta göstərdikləri “xidmətləri” haqqında məlumat paylaşaraq onları pullu görüşlər üçün təqdim edir. Bu isə təkcə əxlaqi və mənəvi dəyərlərə deyil, həm də Azərbaycan qanunvericiliyinə ziddir.
Qanunsuz fəaliyyət açıq şəkildə reklam edilir, məsələn, “qrup.az” adlı “İnstagram” səhifəsi öz elanlarında 19-49 yaş arası qadınların “xidmət göstərdiyini” bildirir və istifadəçiləri müəyyən məbləğ ödəyərək xüsusi kanala qoşulmağa təşviq edir. Elanlarda qeyd edilir ki, qadınlarla “ödənişsiz danışmaq” mümkündür, lakin görüşlər üçün əlavə pul ödənilməlidir. Bu cür fəaliyyətlər sosial şəbəkələrin qaydalarına da tamamilə ziddir.
Bu tip səhifələrdə qadınlar müxtəlif kateqoriyalara bölünərək “görüş”, “VIP xidmət”, “masaj”, “xüsusi proqramlar” kimi başlıqlar altında təqdim edilir. Əslində, bu terminlər əxlaqsızlığın ört-basdır edilməsi üçün istifadə olunur. Bəzi elanlarda isə “tam rahatlıq”, “24/7 xidmət”, “səfərlər üçün müşayiət” kimi ifadələr yer alır ki, bu da insan alverinə və fahişəliyin qanunsuz şəkildə təşkilinə işarə edir.
Bu səhifələrin açıq şəkildə fəaliyyət göstərməsi, xüsusilə gənclər üçün ciddi mənfi təsirlər yaradır. İnternetin geniş yayıldığı bir dövrdə bu kimi qruplara giriş və onların fəaliyyətini görmək çox asan olub. Bu da sosial-əxlaqi dəyərlərin aşınmasına, gənclərin asan qazanc əldə etmək və ya bu cür fəaliyyətlərə maraq göstərməsinə səbəb ola bilər. Cəmiyyətin mənəvi dəyərlərinə zidd olan bu hallar ailə institutuna da ciddi zərbə vurur.
Azərbaycan qanunvericiliyinə əsasən, fahişəliyin təşviqi, insan alveri və qanunsuz biznesi cinayət məsuliyyəti yaradır.
Sosial media platformaları bu cür qrupları bağlamalı və onların reklam fəaliyyətinə icazə verməməlidir.
Cəmiyyət olaraq insanlar belə səhifələri gördükdə aidiyyəti qurumlara şikayət etməli və onların fəaliyyətini ifşa etməlidir.

media-57bd8426-9e9a-4273-a10f-959620f1360a media-48a9d11c-537b-4c05-b268-260cd9b66f7b media-580d69b9-854d-414c-90db-3c04becca4b3 media-a9e2344d-b316-4453-bb81-1f700190d69c


Bənzər xəbərlər