media-inshot_20250828_141357359

Cazibədarlıq təkcə xarici görünüşlə bağlı deyil. Elmi araşdırmalar göstərir ki, bəzi sadə davranışlar insanı daha cəlbedici və yadda qalan edə bilir.

Patrulaz.az mövzu ilə bağlı araşdırma edərək bu davranışlardan ibarət bir siyahı hazırlayıb:

Gülüş

Psixoloqlar sübut edib ki, səmimi gülüş insanı daha yaxın və pozitiv göstərir. Hətta ilk təəssüratda cazibədarlığın ən güclü “silahı” da məhz gülüşdür.

Göz təması

Qısa, amma səmimi göz təması qarşı tərəfdə güvən hissi yaradır. Çox baxmaq təzyiq, az baxmaq isə soyuqluq yarada bilər. Balansı qorumaq insanı daha cazibədar edir.

Bədən dili

Açıq və rahat bədən dili (qolları qapamamaq, dik dayanmaq, jestlərdən istifadə etmək) insanın özünə güvənini göstərir. Bu da avtomatik olaraq cazibədarlığı artırır.

Yaxşı yumor hissi

Elmi tədqiqatlar göstərir ki, gülmək və güldürmək bacarığı həm kişi, həm də qadınlarda cazibədarlığı ciddi şəkildə artırır. Çünki yumor, ağıllı və pozitiv biri olduğun mesajını verir.

Səs tonu

Həddən artıq yüksək və ya çox alçaq səslə danışmaqdan fərqli olaraq, sakit, aydın və emosional səs tonu daha xoş qarşılanır və yadda qalır.

Ləman Sərraf


Bənzər xəbərlər